Qidalanma
Nevroloqlar beyi̇n üçün ən faydalı 7 MƏHSULU təyin ediblər
Qidalanma
83

Nevroloqlar beyi̇n üçün ən faydalı 7 MƏHSULU təyin ediblər

Nevroloqlar beyi̇n üçün ən faydalı 7 məhsulu təyin ediblər

E-saglam.az-ın məlumatına görə, Express.co.uk saytı xəbər verir ki, ekspertlər beyinin sağlamlığını və cavanlığını qorumaq üçün zeytun yağını istehlak etməyi tövsiyə edirlər.

Araşdırmalar göstərir ki, bu yağın istehlakı Alsgeymer xəstəliyinin riskini azaldır.

İkinici faydalı məhsul qarabaşaqdır. Qarabaşaq B qrupu vitaminləri, sink, fosfor və marqansla zəngindir. Bu maddələr beyinin fəaliyyətini yaxşılaşdırır, həyacanı və baş ağrılarını azaldır.

Omeqa-3 yağlı turşular, antioksidantlar, xolinlə zəngin olan yumurta beyinin aktivliyini artırır, beyinin qocalmasının qarşısını alır.

Badam yağı riboflavin və L-karnitinlə zəngindir. Bu maddələr neyronların aktivliyini artırır, yaddaş, diqqət, təfəkkür və s. koqnitiv göstəricilərin düşməsinin qarşısını alır.

Bibəriyyənin tərkibində nadir sineol maddəsi var. Bu maddə beyinin qocalmasının qarşısını alır, yaddaşı yaxşılaşdırır.

Tünd şokolad güclü antioksidant xüsusiyyələri ilə tanınır. Həmçinin tünd şokolad iltihabı azaldır, beyin qan dövranını yaxşılaşdırır, yüksək arterial təzyiqi aşağı salır.

Çuğundur damarları genişləndirir, qan dövranını və beyinə oksigen və qidalı maddələrin daşınmasını yaxşılaşdırır./saglamolun.az/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun