Tibbi xəbərlər
“Neuralink” ikinci pasiyentə neyroçip implantasiyası üçün
Tibbi xəbərlər
265

“Neuralink” ikinci pasiyentə neyroçip implantasiyası üçün icazə alıb

Amerika Qida və Dərman İdarəsi (FDA) “Neuralink”ə ikinci pasiyentin beyninə neyroçip quraşdırmaq icazəsi verib. “The Wall Street Journal”ın məlumatına görə, şirkət ilk neyroçiplə bağlı problemləri aradan qaldırdıqdan sonra icazə alıb.

E-saglam.az banker.az-a istinadən xəbər verir ki, “Neuralink” ilk dəfə yanvarın 28-də insana neyroçip yerləşdirib. 2023-cü ilin sentyabr ayından şirkət çipləri sınaqdan keçirmək üçün könüllüləri işə cəlb edir. Texnologiyanın yaradıcısı gözləyir ki, beyinə yerləşdirilən neyroçip insanlara düşüncə gücü ilə xarici cihazları, məsələn, siçan kursoru və ya kompüter klaviaturasını idarə etməyə kömək edəcək.

İlk xəstə – demək olar ki, tamamilə iflic olmuş 29 yaşlı Nolan Arbo fevralın sonunda siçan kursorunu düşüncə gücü ilə idarə etməyə başlayıb. Martın sonunda isə o, fikirlərinin gücü ilə ekrandakı fiqurları hərəkət etdirərək onlayn şahmat oynadığını göstərib.

Hazırda 1000-dən çox insan neyroçip testində iştirak etmək üçün qeydiyyatdan keçib. Lakin “Neuralink”in qeyd etdiyi kimi, onlardan 100-dən azı tələblərə cavab verir. Bu ilin sonuna kimi on xəstəyə neyroçiplərin implantasiya edilməsi planlaşdırılır.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun