Sağlamlıq
Nəmləndirici düzgün istifadə edilməzsə sağlamlığa
Sağlamlıq
15

Nəmləndirici düzgün istifadə edilməzsə sağlamlığa zərər verə bilər

Həddindən artıq quru qış havasından qaçmaq üçün mənzil sakinləri nəmləndiricilərdən səhv istifadə etməklə bilmədən sağlamlıq riskini artıra bilərlər.

E-saglam.az xəbər verir ki, ümumi praktikant Yevgeni Kosmin bildirib ki, cihazın ehtiyatsız saxlanılması təhlükəli bakteriyaların mənbəyinə çevrilə bilər.

Nəmləndiricinin rezervuarında mikroorqanizmlərin biofilmi əmələ gəlir. Ultrasəs və pervaneli modellər işlədikdə havaya bakteriyalı kiçik su damcıları, o cümlədən Legionella püskürür ki, bu da ağır pnevmoniyaya səbəb ola bilər. Uşaqlar, yaşlılar və zəif immunitet sistemi olan insanlar xüsusilə risk altındadır.

Terapevt nəmləndiricidən istifadə üçün əsas təhlükəsizlik qaydalarını belə açıqlayıb:

- Ultrasəs modellərində distillə edilmiş su istifadə edin – “ağ toz” və ərpləri azaldır.

- Suyu hər gün dəyişdirin və tankı tamamilə qurudun.

- Su ilə təmasda olan bütün hissələri hər 2–3 gündə yumşaq yuyucu vasitə ilə yuyun.

- Təlimata uyğun müntəzəm dezinfeksiya aparın (təxminən həftədə bir dəfə).

- Filtrləri və kartricləri vaxtında dəyişdirin.

- Evdə körpələr və sağlamlığı zəif olan insanlar varsa, incə aerozol yaratmayan buxar və ya ənənəvi “soyuq” tipli modellər seçin.

Kosmin həmçinin rütubət səviyyəsini izləməyin vacib olduğunu vurğulayıb. Sağlamlıq üçün optimal diapazon 30–50%-dir. Həddindən artıq nəmlik kifin böyüməsinə səbəb ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun