Yandex watch
Nəfəs darlığı və ürək döyüntüsü yaşayanların diqqətinə: Bu xəstəliyin

Ürək qapağı xəstəlikləri son illərdə daha çox yayılaraq ciddi sağlamlıq problemlərindən birinə çevrilib. Mütəxəssislər nəfəs darlığı, ürək döyüntüsü və sinə ağrısı kimi əlamətlərin diqqətdən kənarda qalmamalı olduğunu bildirirlər. Erkən diaqnoz qoyulduqda bu xəstəliklərin müalicəsi daha uğurlu olur.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, Prof. Dr. Səlim İsbir bu xəstəliklərin yaşlı əhali arasında daha çox yayıldığını vurğulayır. 75 yaşdan yuxarı insanlarda ürək qapağı problemlərinin yayılma faizi 15%-ə qədər yüksəlir. Xəstəlik müalicə olunmadıqda sosial təcrid və depressiya kimi problemlərə yol aça bilər.

Xüsusilə mitral və aorta qapaqları yaşla bağlı olaraq daha çox zədələnir. Sinə ağrısı, ani bayılma və şiddətli ürək döyüntüsü kimi əlamətlər ciddi qəbul edilməlidir. Bu simptomlarla qarşılaşan şəxslər dərhal həkimə müraciət etməlidirlər.

Ürək qapağı xəstəlikləri bəzi xərçəng növlərindən daha ağır keçə bilər. Lakin erkən diaqnoz qoyulduqda müalicə şansı olduqca yüksəkdir. Bu xəstəliklərin cərrahi yolla müalicəsi geniş yayılmışdır.

Protez qapaq dəyişdirilməsi ən çox tətbiq edilən ürək əməliyyatlarından biridir. Xüsusilə ürək çatışmazlığı və aritmiyası olmayan xəstələrdə bu əməliyyat uğurlu nəticələr verir. Son illərdə qasıq nahiyəsindən qapaq dəyişdirilməsi daha çox istifadə edilir.

Hər xəstə üçün fərqli müalicə üsulları qiymətləndirilməlidir. Ürək qapağı xəstəliklərinin müalicəsində ən vacib amil erkən diaqnoz və düzgün terapiya seçimidir. Əməliyyatdan sonra xəstələr infeksiya riskinə qarşı diqqətli olmalıdırlar.

Diş müalicəsi kimi prosedurlardan əvvəl lazımi tədbirlərin görülməsi vacibdir. Qan durulaşdırıcı dərmanlar həkim tövsiyəsi ilə düzgün istifadə edilməlidir. Mütəmadi müayinə xəstəliyin irəliləməsinin qarşısını ala bilər.

Ürək qapağı problemləri uzun müddət simptomsuz qala bilər. Gündəlik həyatda nəfəs darlığı və ürək döyüntüsü kimi əlamətlərə diqqət yetirilməlidir. Sağlam həyat tərzi və mütəmadi həkim nəzarəti bu xəstəliklərdən qorunmağa kömək edə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az