Nə zaman proktoloqa müraciət etmək lazımdır?
Nə zaman proktoloqa müraciət etmək lazımdır?

Nə zaman proktoloqa müraciət etmək lazımdır?

E-saglam.az Xətai Tibb Mərkəzinin cərrah-proktoloqu Janna Xudaverdiyevanın yazısını təqdim edir. 

Əgər aşağıdakı halları özünüzdə müşahidə edirsinizsə, mütləq proktoloqa müraciət edin:

Anus və anus ətrafı ilə bağlı sağlamlıq problemləri varsa

Hemoroid: Analda şişlik, ağrı və qanaxma hallarında

Anal fistula və abses: Anusdan ifraz olunan fistulaların yeganə müalicəsi cərrahi əməliyyatdır. Hər bir fistula halında cərrahla görüş təyin olunmalıdır.

Anal çat: Davamlı ağrı, qanaxma və qaşınma

Anal xərçəng şübhəsi: Defekasiya edə bilməmək, çəki itirmək, qanaxma, laksatiflərə ehtiyac.

Anal kondiloma: Əgər anusda ziyil əmələ gəlirsə, bu yoluxucudur, sayı artmadan proktoloqa müraciət edilməlidir.

E-saglam.az