Xəstəliklər
Nə üçün kemoterapiya alan xəstələrin bəziləri  COVİD-i - YÜNGÜL KEÇİRİR?
Xəstəliklər

Nə üçün kemoterapiya alan xəstələrin bəziləri COVİD-i - YÜNGÜL KEÇİRİR?

“COVİD-də immun sisteminin zəif olmasının bəzən xeyri var”.

Immuniteti zəif olan insanların COVİD-19 virusunu daha ağır keçirdiyi bəllidir. Lakin ximya alan onkoloji xəstələrin koronavirusu yüngül keçirməsi ilə bağlı çoxsaylı faktlar da mövcuddur.

E-saglam.az bildirir ki, tanınmış anestezioloq reanimatoloq Şahin Məmmədovun sözlərinə görə, bəzən COVİD-ə yoluxan insanların immun sisteminin zəif olmasının onu yüngül keçirməsində xeyri var: “Çünkü bəzən xəstəni ağırlaşdıran elə immun sistemin özü olur. Buna görə mən ümumiyyətlə COVİD müalicəsində immun modulyatorların istifadəsinə qarşıyam”.

Həkimin sözlərinə görə, kimya alan xəstələrdə makrofaq aktivasiya sindromu, sitokin storm əmələ gəlməsi ehtimalı azalır.

“Amma bu, həmişə belə deyildir. Xüsusən bakterial infeksiya riski bu tip covid xəstələrində yüksəkdir, bu cür xəstələrdə aseptika antiseptika qaydalarına daha çox nəzarət olunması məsləhətdir”./tibb.fed.az/

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun