Təzə bişmiş yeməkdən fərqli olaraq bayat yeməkləri yenidən isitdikdə dadında dəyişiklik yaranır.
Bu sözləri E-saglam.az-a açıqlamasında qida eksperti Fərid Səfərov deyib.
Onun sözlərinə görə, bunun səbəbi yeməyin tərkibində yaranan mikroorqanizmlərdir: "Bayat yeməyi nə qədər çox saxlayıb, nə qədər çox isitsək tərkibində olan allergen xüsusiyyətli histamin o qədər artır. Bayat qidalarda olan mikroblar yeməyin strukturunu dəyişdiyi üçün təkrar qızdırıldıqda xeyirdən çox zərər verir. Bu tip yeməklər həzmi ağırlaşdırır, allergiyaya səbəb olur, baş ağrısı və halsızlıq yaradır".
Ekspert vurğulayıb ki, hətta bəzi qidaların tərkibində yaranmış mikroorqanizmlər qida zəhərlənməsinə yol aça bilər.
F.Səfərov qeyd edib ki, bayat yemək istəməyənlər qəbul etdikləri qidanı yeyəcəkləri miqdarda hazırlasınlar.