E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, gündəlik həyatımızın vazkeçilməz qəlyanaltılarından biri olan jelibon rəngarəng və şirin görünüşü ilə bir çox insanı özünə cəlb etsə də, həddindən artıq qəbulu sağlamlığımıza zərər vura bilər.
Mütəxəssislərin fikrincə, jelibon ümumiyyətlə, yüksək miqdarda şəkər ehtiva edir. Həddindən artıq şəkər istehlakı piylənmə, 2-ci tip diabet və digər metabolik problemlərə səbəb ola bilər.
Həmçinin, jelibon əlavələr, rəngləndiricilər və konservantlardan ibarətdir. Bu kimyəvi maddələrin uzunmüddətli istifadəsinin potensial sağlamlıq riskləri ilə bağlı daha çox araşdırmaya ehtiyac var.
Mütəxəssislər jelibon və buna bənzər qəlyanaltıların istehlakına qarşı xəbərdarlıq edirlər. Sağlam həyat tərzi üçün qida balansının qorunması vacibdir. Eyni qidanın həddindən artıq istehlakından qaçınmaq, balanslaşdırılmış qidalanma proqramına və aktiv həyat tərzinə keçmək ümumi sağlamlığa müsbət təsir göstərə bilər.
Jelibon istehlakının sağlamlığımıza təsirlərini nəzərə almaq vacibdir. Sağlam həyat tərzini mənimsəmək, qəlyanaltı seçimlərini düzgün qiymətləndirmək və qida dəyəri zəngin alternativlərə müraciət etmək lazımdır.
Tərcümə etdi: Könül Oruc