Yandex watch
Nə doğuş, nə də diş ağrısı – dünyanın ən dözülməz ağrısı

Bir çox insan doğuş sancıları, böyrək daşı və ya diş ağrısını ən şiddətli ağrılar arasında saysa da, aparılan tədqiqatlar bunun əksini göstərir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, araşdırmalara görə, klaster baş ağrısı digər ümumi ağrı növlərini üstələyən, ən dözülməz ağrılardan biridir.

Klaster baş ağrıları nadir, lakin son dərəcə şiddətli olur. Epizodik klaster baş ağrıları yaşayan xəstələr bu vəziyyəti 4-12 həftə davam edən hücumlar şəklində keçirdiklərini bildiriblər. Amerikalı alimlərin araşdırmalarına əsasən, klaster baş ağrıları doğuş sancıları, infarkt, güllə yarası və sümük sınıqlarından daha dözülməz hesab edilir.

Tədqiqatın nəticələri

Təxminən 2000 insanın iştirak etdiyi araşdırmada onlardan ağrılarını digər şiddətli ağrılarla müqayisə etmələri istənilib. İştirakçılar ağrı səviyyəsini 0-dan 10-a qədər dəyərləndirib, 7 və yuxarı ballar "şiddətli ağrı" kimi qəbul edilib.

Nəticələr göstərib ki, klaster baş ağrısı 10 baldan 9,7 bal alaraq ən şiddətli ağrı növü kimi birinci yerdə qərarlaşıb. Doğuş sancıları isə 7,2 balla ikinci sırada yer alıb. Tədqiqat ağrı səviyyələrini öd daşı, güllə yarası, onurğa disk yırtığı, miqren, fibromiyalji və sümük sınıqları kimi ümumi ağrı növləri ilə də müqayisə edib.

Klaster baş ağrısı nədir?

Klaster baş ağrıları qəfil başlayır və adətən başın bir tərəfində, göz ətrafında şiddətli, yandırıcı bir ağrıya səbəb olur. Ağrı 15 dəqiqədən 3 saata qədər davam edə bilər. Bundan əlavə, xəstələrdə gözlərdə qızartı, şişkinlik, sulanma, burun tutulması və ya axıntı kimi simptomlar müşahidə edilə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az