Xəstəliklər
Nazirlik: Xroniki böyrək xəstələri və dializ alanlar peyvənd oluna bilər
Xəstəliklər

Nazirlik: Xroniki böyrək xəstələri və dializ alanlar peyvənd oluna bilər

"Xroniki böyrək xəstəlikləri, xüsusi ilə dializ müalicəsi alan və transplantasiya olunmuş xəstələr COVID-19 risk qrupuna aiddir.

Xəstəliyin vaxtında müalicə olunması üçün həkimə müraciət etməli, yanaşı olaraq şəkərli diabet və hipertoniya xəstəliyi varsa, onların dərman korreksiyasına nail olmalı, hər hansı simptom baş verərsə dərhal həkimə müraciət etməlidir".

E-saglam.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin baş nefroloqu Fariz Babayev deyib.

O qeyd edib ki, həm kəskin, həm də xroniki böyrək xəstələri eyni dərəcədə COVID-19 risk qrupuna aiddir: "Amma xroniki xəstəliyi olanlar daha çox həssas qrup hesab edilir. Böyrək xəstəlikləri olan xəstələrdə COVID-19 infeksiyası baş verərsə, müalicə tədbirləri anoloji qaydada aparılır, lakin bəzi preparatların istifadəsinin həkim-nefroloq tərəfindən korreksiya edilməsi məsləhətdir".

Baş nefroloq vurğulayıb ki, həm xroniki böyrək xəstələri, həm dializ alan xəstələr, həm də transplantasiya olunanlar vaksinasiya oluna bilər və tövsiyə olunur: "Lakin arterial hipertensiya və şəkərin qandakı miqdarının nəzarəti aparılmalıdır. Xroniki böyrək xəstələri, dializ alan və transplantasiya olunan xəstələr xüsusilə məsuliyyətli olmalı, xəstəliyin ən az əlamətlərinə şübhə olduğu halda izolyasiya olunmalı və həkimə müraciət etməlidir. Əsasən də dializ olunan və transplantasiya əməliyyatı keçirmiş xəstələrdə daim immunodefisit vəziyyət olduğu üçün bu qrup xəstələrin ətraf ictimai mühitlə təmasları minimuma endirilməlidir".

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun