Tibbi xəbərlər
Nazirlik bayram günlərində infeksiyalardan qorunmaq üçün
Tibbi xəbərlər
137

Nazirlik bayram günlərində infeksiyalardan qorunmaq üçün əhaliyə müraciət edib

Səhiyyə Nazirliyi bayram və istirahət günlərində infeksiyalardan qorunmaq üçün əhaliyə müraciət edib.

E-saglam.az xəbər verir ki, nazirliyin yaydığı müraciətdə bildirilib ki, qış mövsümü və havaların qeyri-stabil keçməsi ilə əlaqədar bütün respirator xəstəliklər, həmçinin mövsümi qrip hallarının artması daha çox müşahidə edilir.

Qeyd olunub ki, hər hansı səbəbdən profilaktik peyvəndlərdən kənarda qalan uşaqlar və yanaşı xəstəlikləri olan risk qrupuna aid şəxslər mövsümi respirator xəstəliklərə görə yüksək həssaslığa malik əhali qrupları hesab olunur.

Əhalinin sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyi qarşıdan gələn bayram və istirahət günlərində, xüsusilə yüksək həssaslığa malik şəxslərə kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə, həmçinin əl gigiyenasına riayət etməyi tövsiyə edir.

Məlumatda həmçinin gündəlik qidalanma rejiminə bol vitaminli ərzaqların daxil edilməsi məqsədəuyğun hesab edilib:

"Hər bir vətəndaş sağlamlığına xüsusi diqqət və məsuliyyətlə yanaşmalı, özünü və ətrafındakıları infeksiyalara yoluxmadan qorumalıdır".

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun