"Azərbaycanda körpələrin ilk 3 aya qədər ana südü ilə qidalanması 36 faiz, 6 aya qədər isə 42 faizdir".
E-saglam.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova deyib.
“Biz istərdik ki, bu rəqəmlər 100 faiz olsun. Rəqəmlərin artması üçün tibb işçiləri olaraq işlər görəcəyik”, - o bildirib.