Tibbi xəbərlər
Nazir: Son 20 ildə səhiyyəyə ayrılan büdcə vəsaiti
Tibbi xəbərlər

Nazir: Son 20 ildə səhiyyəyə ayrılan büdcə vəsaiti 30 dəfə artırılıb

Son 20 ildə səhiyyəyə ayrılan büdcə vəsaiti 30 dəfə artırılıb, 700-dən çox səhiyyə müəssisəsində təmir-tikinti işləri aparılıb. Həmin müəssisələrin 70 faizdən çoxu regionların payına düşür.

E-saglam.az xəbər verir ki, bu sözləri səhiyyə naziri Teymur Musayev Azərbaycan Tibb Universitetinin urologiya kafedrasının 50 illik yubileyinə həsr olunmuş Azərbaycan Endouroloji Cəmiyyətinin II konqresinin rəsmi açılış mərasimində çıxışında bildirib.

"Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva vətəndaşların sağlamlığına həssaslıqla yanaşır, müxtəlif sosial təşəbbüslərlə çıxış etməklə yanaşı, həm də onlara dəstək verir. Səhiyyənin yeni maliyyələşmə mexanizmi olan icbari tibbi sığorta 2021-ci il aprelin 1-dən bütün respublika ərazisində tətbiq olunur. Xidmətlər zərfi çərçivəsində 3315 sayda tibbi xidmət göstərilir. Bu xidmətlər siyahısında müasir uroloji əməliyyatlar da yer alır", - deyə nazir qeyd edib.

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun