Tibbi xəbərlər
Naxçıvanın Tibb Müəssisələrinin İdarəetmə Birliyi
Tibbi xəbərlər
259

Naxçıvanın Tibb Müəssisələrinin İdarəetmə Birliyi ləğv olundu

Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi Publik Hüquqi Şəxs ləğv olunduğunu elan edib.

E-saglam.az xəbər verir ki, bu barədə qurum özü məlumat yayıb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mayın 1-də imzaladığı sənədlə Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələri əmlakları ilə birlikdə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verilib. Bu qərar muxtar respublikada tibb müəssisələrinin fəaliyyətinin optimallaşdırılması və səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə imzalanıb.

Xatırladaq ki, Tibb Müəssisələrinin İdarəetmə Birliyi publik hüquqi şəxs 2023-cü ilin iyulunda yaradılıb. Publik hüquqi şəxsə ümumi rəhbərliyi və nəzarəti Ali Məclis sədrinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədrdən və digər 4 üzvdən ibarət Müşahidə Şurası həyata keçirib. Müşahidə Şurası isə Ali Məclis sədrinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədrdən, Naxçıvanın səhiyyə nazirinin müavinindən, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinindən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavinindən və Səhiyyə İşçiləri Həmkarlar İttifaqının Naxçıvan Muxtar Respublikası Komitəsinin sədrindən ibarət tərkibdə formalaşdırılıb.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun