Tibbi xəbərlər
Naxçıvanda Dövlət Proqramı çərçivəsində
Tibbi xəbərlər
321

Naxçıvanda Dövlət Proqramı çərçivəsində Ailə Sağlamlıq Mərkəzi inşa ediləcək

Prezident İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair təsdiq edilən Dövlət Proqramında səhiyyənin inkişafı ön planda dayanıb.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən E-saglam.az-a bildirilib ki, Dövlət Proqramı çərçivəsində ilkin səhiyyə xidmətini təkmilləşdirmək, operativ xidmət göstərmək, vaxt itkisini və ixtisaslaşdırılmış tibb müəssisələrində sıxlığı aradan qaldırmaq, həmçinin dövlət tibb müəssisələrinin fəaliyyətinin effektiv təşkili və idarəolunmasını təmin etmək üçün Naxçıvan şəhərində Ailə Sağlamlıq Mərkəzinin tikintisi nəzərdə tutulub.

Məlumat üçün bildirək ki, ilk Ailə Sağlamlıq Mərkəzinin Naxçıvan şəhərinin Babək məhəlləsində inşa olunması müəyyən edilib. Bununla bağlı layihələndirmə sənədləri artıq yekunlaşmaq üzrədir. Layihələndirmə işləri başa çatdıqdan sonra yaxın günlərdə tikinti işləri üzrə satınalmanın keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Ailə Sağlamlıq Mərkəzinin inşası nəticəsində tibbi profilaktik tədbirlər, eləcə də ana və uşaqların sağlamlığının mühafizəsi, tibbi-sanitar maarifləndirmə işinin aparılmasından ibarət tibbi yardım xidməti həyata keçiriləcək. Mərkəzin yaradılmasında məqsəd sağlam həyat tərzinin təbliği, əhalinin sağlamlığının qorunması, ictimai səhiyyə xidmətinin yüksək səviyyədə yerinə yetirilməsi, evdə baxım xidməti, xəstəliklərin erkən aşkarlanması və sakinlərin ailə həkimləri ilə ünsiyyətinin möhkəmləndirilməsidir. Bir sözlə, Ailə Sağlamlıq Mərkəzinin tikintisi başa çatdıqdan sonra vətəndaş yaşadığı ərazidə yerləşən həmin mərkəzə müraciət edərkən müvafiq istiqamətlər üzrə ehtiyac olduğu təqdirdə daha dərin ixtisaslaşmış müayinələrə yönləndiriləcək.

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun