Tibbi xəbərlər
Narkoloq yeni il ərəfəsində spirtin optimal dozasını açıqladı
Tibbi xəbərlər
210

Narkoloq yeni il ərəfəsində spirtin optimal dozasını açıqladı

Narkoloq Aleksey Lunkovun sözlərinə görə, Yeni İl ərəfəsində spirtli içkilərdən imtina etmək daha məqsədəuyğundur.

E-saglam.az xəbər verir ki, o, bu barədə "RİA FederalPress"ə danışıb və bayramda yalnız bir stəkan şampan içməyə icazə verildiyini deyib.

"Mən bir narkoloq kimi deyə bilərəm ki, alkoqolun optimal miqdarı alkoqoldan imtina etməkdir. Təəssüf ki, belədir. Spirtli içki qəbul edən insanın özünü idarə etməsi çətinləşir. Bundan əlavə, alkoqolun bədən üçün təhlükələrini unutmamalıyıq. Bir qədəh şərab və ya şampan məqbuldur, ancaq o şərtlə ki, həmin şəxs alkoqol asılılığından əziyyət çəkməsin. Yağlı qidalar sərxoş olmağın qarşısını almağa kömək edəcək, çünki onların sayəsində spirt qana daha yavaş sorulur", - ekspert vurğulayıb

Onun sözlərinə görə, güclü spirtli içkilərdən çəkinmək daha yaxşıdır, çünki onlarla birlikdə intoksikasiya dərəcəsinə nəzarət etmək daha çətindir. Onun sözlərinə görə, ən yaxşı seçim şərab və ya şampandır./publika.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun