Xəstəliklər
Narahatedici öskürəyi necə kəsmək olar?
Xəstəliklər
314

Narahatedici öskürəyi necə kəsmək olar?

Hava soyuyan kimi insanları narahat edən əsas məqam tez-tez xəstələnmək və öskürəyin kəsilməməsidir.

Öskürək və soyuqdəymə orqanizmin ümumi sağlamlığına əhəmiyyətli dərəcədə təsir göstərə bilər.

Boğazdakı narahatlığı aradan qaldırmaq üçün immunitet sistemini dəstəkləyən sübut edilmiş təbii vasitələrdən istifadə etmək olar.

E-saglam.az Hit.az-a istinadən xəbər verir ki, boğaz ağrısı və öskürəkdə ən çox istifadə edilən üsul bal və limon qarışığıdır. 1 böyük stəkan ilıq suya 1 yemək qaşığı bal və yarım limonun suyunu əlavə edib , yaxşıca qarışdırın. Bu qarışığı öskürək şiddətləndikcə yavaş-yavaş içə bilərsiniz. 

Quru və ya bəlğəmli öskürək gecələr oyanmağa səbəb olursa, yatağa girməzdən əvvəl sarıkök içmək məsləhətdir. 

Duzlu su ilə qarqara etmək boğazı yumşaldır, bəlğəmin atılmasına yardımçı olur və öskürəyi yüngülləşdirir. 

Kəklikotu boğazdakı əzələləri rahatlatmağa kömək edərək quru öskürəyə yaxşı gəlir. 

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun