Yandex watch
Naftalan neftindən tibbi məqsədlər üçün daha geniş istifadə olunmasına dair

Naftalan neftindən tibbi məqsədlər üçün daha geniş istifadə olunmasına dair təkliflər hazırlanıb.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyində Azərbaycanda sağlamlıq turizminin davamlı inkişafının təmin edilməsi məqsədilə yaradılan İşçi qrupunun bugünkü iclasında məlumat verilib. 

Səhiyyə nazirinin müavini İlqar Qasımov Naftalanın sağlamlıq turizmi şəhəri kimi dünyada tanıdılmasının vacibliyini vurğulayıb:

“İşçi qrupunun iclasının məqsədi Naftalan neftinin və ondan hazırlanan preparatların müalicəvi təsirinin beynəlxalq miqyasda tanıdılmasının təmin edilməsidir. Eyni zamanda, yeni tibbi araşdırmaların aparılmasına və sözügedən məhsullardan tibbi məqsədlər üçün daha geniş istifadə olunmasına dair İşçi qrupu tərəfindən təkliflər hazırlanıb”.

İclasda Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyevin İşçi qrupu tərəfindən aparılan işlər üzrə məruzəsi dinlənilib və şöbənin baş məsləhətçisi Nigar Nəzərlinin hazırlanan təkliflərə dair təqdimatı nümayiş olunub.

Sonda İşçi qrupu tərəfindən görülən işlər üzrə və planlaşdırılan növbəti addımlara dair müzakirələr aparılıb.

E-saglam.az