Tibbi xəbərlər
Mütəxəssislərdən beyin şişi xəbərdarlığı:
Tibbi xəbərlər

Mütəxəssislərdən beyin şişi xəbərdarlığı: Bu gizli simptomlara diqqət!

Mütəxəssislər beyin şişlərinin erkən aşkarlanmasının vacibliyini vurğulayır.

E-saglam.az xəbər verir ki, Dr. Romina Dibra bildirir ki, böyüyən şiş kəllədaxili təzyiqi artıraraq baş ağrısı, yuxululuq, qusma və görmə problemləri yarada bilər. Xüsusilə gecə yuxudan oyandıran güclü baş ağrıları, görmə itkisi və işıq yanıb-sönməsi kimi əlamətlər həkimə bildirilməlidir.

Görmə problemləri də şişin əlaməti ola bilər. Bulanıq görmə, görmə sahəsindəki kor ləkələr və ya hərəkət edən kölgələr müşahidə olunarsa, mütəxəssisə müraciət edilməlidir. Şiş beyinə qan axınını azalda bilər ki, bu da şüur itkisi və həddindən artıq yuxuya səbəb ola bilər.

Beyin şişlərinin 80%-də qıcolmalar baş verir. Şişin yerləşdiyi bölgəyə görə də simptomlar dəyişə bilər. Frontal lobdakı şiş şəxsiyyət dəyişikliyi və ya yerimə çətinliyi yarada bilər. Parietal lobda danışmaq və yazmaq, temporal lobda isə qısa müddətli yaddaş itkisi və eşitmə problemləri müşahidə oluna bilər.

Müalicə üsulu şişin növü və yerləşməsinə görə dəyişir. Adətən cərrahiyyə ilk seçimdir, ardınca radioterapiya və bəzi hallarda kimyaterapiya tətbiq edilir. Erkən diaqnoz və mütəxəssis müdaxiləsi müalicənin uğurlu olmasında mühüm rol oynayır. Əgər bu simptomları hiss edirsinizsə, vaxt itirmədən həkimə müraciət etməyiniz tövsiyə olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun