Xəstəliklər
Mütəxəssislər xəbərdarlıq edir: Əl və ayaqların uyuşması
Xəstəliklər

Mütəxəssislər xəbərdarlıq edir: Əl və ayaqların uyuşması şəkər xəstəliyinin əlaməti ola bilər

Əl və ayaqların uyuşması şəkər xəstəliyinin əlaməti ola bilər.

E-saglam.az xəbər verir ki, bu barədə mütəxəssislər xəbərdarlıq edir.

Diabetin əlamətlərinə diqqət çəkən endikrinologiya və metaforik xəstəliklər mütəxəssisi Esra Tutal bildirib ki, susuzluq, təkrarlanan infeksiyalar, əl və ayaqlarda uyuşma şəkər xəstəliyinin əsas əlamətləridir. Hərəkətsizlik, yüksək kalorili qidaların qəbulu, tərkibində şəkər və fruktoza olan maye qidaların həddindən artıq qəbulu səbəbindən piylənmə və buna paralel olaraq şəkərli diabet halları sürətlə artıb. Dünyada milyonlarla insan şəkər xəstəliyinə tutulur. Bununla bağlı diqqət edilməsi lazım olan məsələlər çoxdur. Şəkər xəstəliyi ömür boyu davam edən xroniki bir xəstəlikdir. Müalicə ilə qan şəkəri normal həddə çatdırıla bilər. Qan şəkərinin normal həddə olması insanı şəkərin mənfi təsirlərindən qoruyur. Şəkəri azaldan dərmanlar vaxtında və müntəzəm istifadə edilməlidir.

Mütəxəssis onu da qeyd edir ki, şəkərli diabet koronar arteriya xəstəliyi və insult riskini 2-4 dəfə artırır. Diabet zamanla ürək, damarlar, gözlər, böyrəklər və sinirlərdə dəyişikliklərə səbəb ola bilər. Bu həm də xroniki böyrək çatışmazlığının mühüm səbəblərindən biridir. Artıq çəki də şəkər xəstəliyinə səbəb yaradır. İşləyən insanlar adətən uzun müddət oturaq və hərəkətsiz qalırlar. Xüsusilə ofis mühitində saatlarla oturmaq şəkər xəstəliyinə tutulma riskini artırır. Mütəmadi olaraq, fiziki fəaliyyət göstərilməlidir. Həftədə beş gün ən azı 30 dəqiqə gəzmək sağlamlığa müsbət təsir göstərir. Az yağlı, aşağı kalorili, bol vitaminli qidalardan istifadə etmək daha yaxşı olar. Tez-tez meyvə-tərəvəz və dənli bitkilərdən istifadə edilməlidir. //AZƏRTAC

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun