Tibbi xəbərlər
Mütəxəssislər siqaretin təsirinə məruz qalan
Tibbi xəbərlər
148

Mütəxəssislər siqaretin təsirinə məruz qalan bütün orqanların adını açıqlayıb

Ağciyər xərçəngi, xroniki obstruktiv ağciyər xəstəliyi (KOAH) və ürək-damar xəstəlikləri siqaretlə əlaqəli ölümün əsas səbəblərindəndir.

E-saglam.az xəbər verir ki, məlumdur ki, bu vərdiş sağlamlığa zərərli təsir göstərir, lakin zəhərli tüstüyə məruz qaldıqdan sonra hansı orqanlar zədələnir?

Oynaqlar. Oynaq ağrılarından və iltihabından əziyyət çəkən siqaret çəkənlərdə revmatoid artrit daha çox inkişaf edir.

Dəri. Siqaret dərinizin qocalma prosesini sürətləndirə bilər. Üstəlik, bu proses geri dönməzdir.

Gözlər. Siqaret çəkən insanlar oxumaq və yazmaq qabiliyyətini tədricən məhdudlaşdıran göz xəstəliyi olan makula degenerasiyasından daha çox əziyyət çəkirlər.

Cinsi orqanlar. Siqaret çəkən kişilərdə erektil disfunksiya və testis xərçənginə daha çox rast gəlinir. Eyni zamanda, siqaret çəkən qadınlar uşaqlıq boynu xərçənginə meyllidirlər.

Diş əti. Siqaret diş ətinin qanaması, ağız qoxusu və diş itkisi riskini artırır.

Beyin. Pis vərdiş insult, qan laxtalanması və anevrizmaların inkişaf ehtimalını artırır.

Həzm sistemi. Siqaret çəkirsinizsə, qaraciyər və mədəaltı vəziyə təsir edən 2-ci tip diabet inkişaf şansınız 35% artır.

Ağciyərlər. Ağciyər xərçəngi demək olar ki, həmişə siqaretlə əlaqələndirilir. Vərdiş həmçinin ağız boşluğu, böyrəklər, qaraciyər, sidik kisəsi, mədəaltı vəzi, mədə, kolon və düz bağırsaq xərçənginin inkişaf riskini artırır.

Ürək. Siqaret ürək-damar xəstəliklərinə səbəb ola bilər.

Ümumilikdə ÜST-nin statistikası göstərir ki, hər il 8 milyondan çox insan tütündən istifadə nəticəsində ölür.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun