Psixologiya
Mütəxəssislər: Barbi gəlincikləri uşaqlar üçün - ZİYANLIDIR
Psixologiya

Mütəxəssislər: Barbi gəlincikləri uşaqlar üçün - ZİYANLIDIR

Böyük Britaniya alimləri çoxsaylı araşdırmalar nəticəsində belə qərara gəliblər ki, Barbi və bunun kimi gəlinciklər uşağın inkişafı və sağlamlığı üçün ziyanlıdır.

E-saglam.az xəbər verir ki, Xarici KİV-lərin məlumatına görə, araşdırmalar göstərib ki, Barbi gəlincikləri qızlarda sağlam olmayan stereotiplər yaradır - yalnız arıq insan gözəl ola bilər. Arıqlıq gözəlliklə bərabərləşdirilir və bu da uşaqlarda psixoloji komplekslərin yaranmasına səbəb olur. Bu isə uşağın sağlamlığı və gələcəyi üçün ziyanlıdır. Bəzən qızlar "Barbi kimi" olmaq üçün arıqlamağa çalışır, yeməkdən imtina edir, hətta onlarda anoreksiya inkişaf edir.

Digər tərəfdən alimlər sübut edir ki, daim Barbilərlə oynayan uşaqların yaradıcılıq aktivliyi, fantaziya, təxəyyül normal inkişaf etmir. Nəticədə böyüyəndə onlar elm və texnika kimi sahələrdə uğur qazana bilmir.

Alimlərin fikrinə görə uşaqların inkişafı üçün ən faydalı oyuncaqlar müxtəlif "konstruktor"lardır. Məhz bu tip oyuncaqlar uşaqlarda təfəkkür, fantaziya, yaradıcılıq qabiliyyətinin inkişafı üçün xüsusilə faydalıdır./saglamolun.az/

 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun