Aydın bir rejim inkişaf etdirsəniz, zəngli saat olmadan oyanmağı və özünüzü rahat hiss etməyi öyrənmək mümkündür.
"İş günləri və ya həftəsonları olmasından asılı olmayaraq, iki həftə ərzində hər gün eyni vaxtda durun. Sonra zəngli saatınız çalınmazdan beş dəqiqə əvvəl özünüzü yaxşı yatmış kimi hiss edərək oyanmağa başlayacaqsınız", - deyə mütəxəssis izah etdi.
Bu yanaşma bədənin daxili bioloji saatını, hormonal dövrlərini və yuxu fazalarını müəyyən bir oyanma vaxtı ilə sinxronlaşdırmağa imkan verir. Lakin, mütəxəssis xəbərdarlıq edir ki, erkən oyanmaq kifayət deyil - kifayət qədər yuxu almaq vacibdir. Orta yaşlı bir yetkinin yeddi-doqquz saat yatması lazımdır.
Buzunova görə, müasir insanların üzləşdiyi əsas problem onların cədvəllərinin "bulanıq" olmasıdır: "Əgər yatmaq və oyanmaq vaxtları daim dəyişirsə, bədən gündüz və gecə arasında aydın bir fərqi itirir və bu da sirkadian ritmlərin pozulmasına, yuxusuzluğa və xroniki yorğunluğa səbəb olur".
Tərcümə: Könül Oruc