Tibbi xəbərlər
Mütəxəssis keyfiyyətli yuxu üçün israrla tövsiyə etdi:
Tibbi xəbərlər
1003

Mütəxəssis keyfiyyətli yuxu üçün israrla tövsiyə etdi: Maqnezium ehtiyacının 40 faizini ödəyir

Maqnezium bədən üçün həyati əhəmiyyət daşıyan mineraldır və əzələ, sinir funksiyalarını dəstəkləməklə yanaşı, qan şəkəri və təzyiqin tənzimlənməsinə də kömək edir.

E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, keyfiyyətli yuxu üçün maqnezium vacibdir, çünki bədəndə 300-dən çox biokimyəvi reaksiyada iştirak edir. Mütəxəssislər maqnezium əlavələrinin biomənimsənilmə səviyyəsinə diqqət yetirilməsini tövsiyə edir, xüsusilə L-treonat və qlisinat formaları yuxu dəstəyi üçün daha effektivdir. Kişilər üçün gündəlik maqnezium ehtiyacı 300-450 mq, qadınlar üçün isə 250-350 mq arasında dəyişir.

Maqneziumla zəngin qidalar arasında ispanaq, çuğundur, balqabaq toxumu, badam, avokado və tünd şokolad yer alır. Məsələn, bir stəkan ispanaq gündəlik maqnezium ehtiyacının 40%-ni qarşılaya bilər. Bununla yanaşı, balqabaq toxumu və tünd şokolad da maqneziumun əsas mənbələri hesab olunur.

Maqnezium dozasına diqqət etmək vacibdir, çünki həddindən artıq qəbul mədə narahatlığı, ürəkbulanma və qan təzyiqinin düşməsi kimi problemlərə səbəb ola bilər. İstifadədən əvvəl həkimlə məsləhətləşmək tövsiyə edilir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun