Tibbi xəbərlər
Mütəxəssis bunu "siqaret qədər təhlükəli" adlandırdı:
Tibbi xəbərlər
839

Mütəxəssis bunu "siqaret qədər təhlükəli" adlandırdı: Qaraciyər xərçənginə çevrilir

Qaraciyər piylənməsi ilə qaraciyər xərçəngi arasında birbaşa əlaqə müəyyən edilib.

E-saglam.az xəbər verir ki, araşdırmalara görə, yağ və şəkərlə zəngin pəhrizlər qaraciyər hüceyrələrində DNT zədələnməsinə səbəb olur və bu, xərçəng riskini artırır. Dünyada ən çox görülən altıncı xərçəng növü olan qaraciyər xərçəngi, ölüm halları arasında dördüncü yerdədir.

Yağlı qaraciyər xəstəliyi, xüsusən də metabolik disfunksiya ilə əlaqəli steatohepatit (MASH), hepatoselüler karsinoma (HCC) kimi ciddi növlərə keçid edə bilir. Tədqiqatlar göstərir ki, bu xəstəliyi inkişaf etdirən insanların qaraciyər xərçəngi riski əhəmiyyətli dərəcədə artır.

Yağ və şəkərlə zəngin pəhrizlərin qaraciyər hüceyrələrində DNT zədələnməsinə səbəb olduğu müəyyən edilib. Bu vəziyyətdəki hüceyrələr bölünməsə də, metabolik olaraq aktiv qalır və istənilən anda xərçəngə çevrilə bilər. 

Pəhrizin xərçəngə birbaşa təsiri vurğulanaraq, bu qidaların səbəb olduğu DNT zədələnməsinin qaraciyər xərçəngi ilə əlaqəsi göstərilib. DNT zədələnməsinin qarşısını almaq və ya təmir etmək üçün yeni dərmanların hazırlanması üzərində işlər davam edir. Xüsusilə MASH xəstələri üçün effektiv müalicə üsulları araşdırılır.

Pis qidalanmanın uzunmüddətli təsiri siqaret qədər təhlükəli hesab edilir.

Araşdırma nəticələri göstərir ki, düzgün qidalanmamaq yalnız kosmetik problem deyil. Pəhriz hüceyrələrimizin və DNT-mizin fəaliyyətinə dərindən təsir edir.

Bu tapıntılar qaraciyər xərçəngi riskini azaltmaq və sağlam qidalanma vərdişlərinin vacibliyini vurğulamaq üçün mühüm addım kimi qiymətləndirilir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun