Tibbi xəbərlər
Mühəndislər toxluq hissi yaradan
Tibbi xəbərlər
247

Mühəndislər toxluq hissi yaradan kapsul düzəltdilər

Massaçusets Texnologiya İnstitutunun mühəndisləri udulduqda toxluq hissi yaradan titrəyişli kapsul yaradıblar.

E-saglam.az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Science Advances" jurnalında dərc olunan məqalədə deyilir.

Təcrübələr göstərdi ki, yeməkdən 20 dəqiqə əvvəl həbi qəbul edən heyvanlar toxluqdan xəbər verən hormonlar ifraz edir və qida qəbulunu təxminən 40 faiz azaldır.

Gələcəkdə alimlər kapsulların istehsalını genişləndirməyə və cihazın təhlükəsizliyini təsdiqləmək üçün insanlarda klinik sınaqlar keçirməyə, həmçinin kapsulların udulması üçün ən yaxşı vaxtı müəyyən etməyə çalışırlar.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun