Tibbi xəbərlər
Mövsümi keçidlər zamanı bundan ehtiyatlı olun -
Tibbi xəbərlər

Mövsümi keçidlər zamanı bundan ehtiyatlı olun - Mütəxəssislərdən xəbərdarlıq

Mövsümi dəyişikliklərlə qrip və ishal hallarında artım müşahidə olunur.

E-saglam.az xəbər verir ki, Uşaq Xəstəlikləri Mütəxəssisi Dr. Burak Yaşar xüsusilə uşaqların bu dövrdə daha həssas olduğunu bildirərək ailələrə xəbərdarlıq edib.

Son günlər qripə yoluxmalarda ciddi artım var. Uşaqlar əsasən burun axması, qızdırma və halsızlıq şikayətləri ilə müraciət edirlər. Bu dövrdə bol maye qəbulu, balanslı qidalanma və nizamlı yuxu vacibdir. Əgər qızdırma nəzarət altına alınmazsa, mütləq həkimə müraciət edilməlidir.

İshal hallarının da artdığına diqqət çəkən Dr. Yaşar su ehtiyatlarının çirklənmə riskinə qarşı ailələri ehtiyatlı olmağa çağırıb. Qar əriməsi səbəbindən çirkli su mənbələri təhlükə yarada bilər. Buna görə də aprel ayının sonuna qədər quyu və bulaq sularının istehlak edilməməsi tövsiyə edilir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun