Mövsümi keçidlər zamanı ani temperatur dəyişiklikləri səbəbindən yorğunluq, zəiflik və xəstəliklərdən, yetərli və balanslı qidalanma ilə xilas olmağın mümkündür.
E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, diyetoloq Pınar Doğan bildirib ki, çox su içərək özünüzü xəstəliklərdən qoruya bilərsiniz:
"Gündə 8-12 stəkan su içməyi unutmayın. Oruc tutanlar oruc tutmalıdırlar, lakin iftardan sonra ara-sıra 8-12 stəkan su içməyə diqqət edin.
Mütəxəssis məsləhəti ilə bitki çayı istehlak edin. Qəhvə qəbulunu bir qədər azaldın. Zəiflik və yorğunluğu aradan qaldırmaq üçün bol tərəvəz və meyvə istehlak edin.
Əgər Ramazan ayında oruc tutacaqsınızsa və sağlamlıq probleminiz varsa, əvvəlcədən həkiminizlə məsləhətləşin.
Uzun saatlar oruc tutmaq qanda şəkərin nizamsız düşməsinə səbəb ola bilər. Təzyiqin artmasına səbəb ola biləcəyi üçün yaz yorğunluğunu daha çox hiss etdirəcək.
Həftədə iki dəfə balıq yeyin.Tərkibində Omeqa-3 yağ turşuları olan qidalardan istifadə edin. Yağlı toxumlardan olan qoz, qoz, fındıq və badam kimi qidalar Omeqa-3-ün zəngin qaynaqlarıdır.
Tərcümə: Könül Oruc