Tibbi xəbərlər
Moskvada uşaqların reabilitasiyası üçün yeni növ səs terapiyasından istifadə olunur
Tibbi xəbərlər
558

Moskvada uşaqların reabilitasiyası üçün yeni növ səs terapiyasından istifadə olunur

Rusiyanın paytaxtı Moskvada əlilliyi olan uşaqların reabilitasiyası üçün yeni səs terapiyası növü - bioakustik korreksiya tətbiq edilməyə başlanıb.

E-saglam.az "TASS"a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə paytaxt merinin müavini Anastasiya Rakova məlumat verib.

“Şəhərdə xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqət artır. Moskva reabilitasiya və reabilitasiya-təhsil mərkəzlərində müasir avadanlıq və qabaqcıl texnologiyalardan istifadə olunur. Bu isə uşaqlarda itirilmiş funksiyaları inkişaf etdirməyə və bərpa etməyə və ya maksimum səmərəliliklə yenilərini əldə etməyə imkan verir”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, mütəxəssislərin təcrübəsi, biliyi və peşəkarlığı yeni təkmilləşdirmələr və texnikalarla birləşərək hər bir uşağın xüsusi ehtiyaclarına və hərtərəfli yardımına yönəlib:

“Butovo Kompleks Reabilitasiya Mərkəzində uğurla tətbiq edilən qabaqcıl texnologiyalardan biri də səs terapiyasının növlərindən biri olan bioakustik korreksiyadır. Bu terapiya uşağın beyninin elektroensefaloqrammasının real vaxtda səslərə çevrilməsindən ibarətdir və uşaq qulaqcıq vasitəsilə beyninin “musiqisi”ni dinləyə bilər”.

Rakova vurğulayıb ki, bu texnika itirilmiş funksiyaları bərpa etməyə və davranış pozuntularını düzəltməyə kömək edir:

“Bu, serebral iflic, autizm və beyin damar xəstəliklərindən əziyyət çəkən 3,5 yaşdan yuxarı uşaqların reabilitasiyasında effektiv və təhlükəsiz üsullardan biridir”./medicina.az

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun