Faydalı
Mixəyin təzə olduğunu necə təyin edək?
Faydalı

Mixəyin təzə olduğunu necə təyin edək?

Mixək insan sağlamlığı üçün olduqca faydalıdır. Bu ədviyyat mikrob, virus, göbələk və qurdları öldürür, iltihabları və ağrıları azaldır, sakitləşdirir, güc və gümrahlıq verir, həzmi yaxşılaşdırır...

Gördüyünüz kimi, faydaları saymaqla bitmir.

Lakin bütün bunlar yalnız təzə mixəyə aiddir. Köhnə mixəyin tərkibində faydalı maddələr azalır.

E-saglam.az bildirir ki, təzəliyini və keyfiyyətli olmasını yoxlamaq üçün bir neçə ədəd mixək 1 stəkan suyun içərisinə atılır, suyun dibinə batması və ya mayenin içərisində üzməsi onun keyfiyyətinin yüksək, yana çevrilərək suyun üzərində qalması isə köhnə və yararsız olduğunu göstərir.

Bir neçə ədəd mixək oxlov vasitəsilə suçəkən ağ kağız vərəqin arasında əziləndə kağıza yağ ləkəsinin düşməsi mixəyin təzəliyini və keyfiyyətini göstərir./saglamolun.az/

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun