Xəstəliklər
Minlərlə insanın gözünün çıxarılmasına səbəb olan xəstəlik İraqda görüldü
Xəstəliklər

Minlərlə insanın gözünün çıxarılmasına səbəb olan xəstəlik İraqda görüldü

İraqın cənubundakı Di-Kar əyalətində, “qara kif” kimi tanınan mukormikozdan azı iki nəfər ölüb.

E-saglam.az bildirir ki, bu barədə “Rudaw” yerli səhiyyə idarəsinin sözçüsü Ammar əz-Zamiliyə istinadən xəbər verib.

Ümumilikdə, Nasiriya şəhərində  “qara kif”ə dörd yoluxma hadisəsi və iki ölüm qeydə alınıb.

Xatırladaq ki, COVID-19 təsiri və yan təsirləri səbəbiylə yaranan mukormikoz ilk olaraq Hindistanda görünüb və ölkənin yeddi ştatında buna görə  “qara kif epidemiyası” elan edilib.

Həkimlər “qara kif”in koronavirusdan daha təhlükəli olduğu barədə xəbərdarlıq ediblər. Onların sözlərinə görə, xəstələr vaxtında və düzgün müalicə olunmazlarsa, ölüm səviyyəsi 94 faizə yüksələ bilər.

Onu da qeyd edək ki, hindistanlı həkimlər infeksiyanın beyinə düşməsinin qarşısını almaq üçün minlərlə xəstənin gözünü çıxarmaq məcburiyyətində qalıb. // Oxu.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun