Tibbi xəbərlər
Mingəçevirdə zəncirvari qəzada təcili tibbi yardım maşını əzilib, yaralılar var
Tibbi xəbərlər

Mingəçevirdə zəncirvari qəzada təcili tibbi yardım maşını əzilib, yaralılar var

Mingəçevirdə zəncirvari yol qəzası baş verib.

E-saglam.az bildirir ki, APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə M.Maqomayev və Füzuli küçələrinin kəsişdiyi işıqforda qeydə alınıb.

"Hyundai" markalı minik maşını əvvəlcə "Mercedes" markalı minik maşına, o da öz növbəsində "Mercedes Vito" markalı təcili tibbi yardım maşınına çırpılıb. Qəza nəticəsində 5 nəfər - 2011-ci il təvəllüdlü Hüseyn Məmmədzadə, 2008-ci il təvəllüdlü Orxan Məmmədov, 2005-ci il təvəllüdlü Fərid Cavadzadə və təcili tibbi yardım xidmətinin əməkdaşları, 1957-ci il təvəllüdlü Vəli Ağaməmmədov və Rafiq Abdullayev müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun