Yandex watch
Milyonlarla insana təsir edən xəstəlik üçün

Dünyada 7 milyon insana təsir edən, 100 milyonu risk altında qoyan Çaqas xəstəliyinə qarşı peyvənd hazırlanıb.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, Argentinanın CONICET elmi-tədqiqat institutu bu sahədə mühüm addım ataraq tarixdə ilk dəfə bu xəstəliyin qarşısını almağa yönəlmiş vaksinin inkişaf etdirildiyini açıqlayıb.

2025-ci ilin yanvarında Rosario Klinik və Eksperimental İmmunologiya İnstitutu ilə Litoral Milli Universitetinin laboratoriyalarında aparılan araşdırmalar nəticəsində peyvəndin ilkin mərhələdə effektiv olduğu bildirilib.

Çaqas xəstəliyi nədir?

Amerika tripanosomiazı adı ilə də tanınan bu xəstəlik "vinçuka" adlı triatomin böcəklərinin dişləməsi ilə ötürülən Trypanosoma cruzi paraziti vasitəsilə yayılır. Əsasən Latın Amerikasının kənd və az gəlirli bölgələrində müşahidə olunur.

Xəstəlik illər sonra ortaya çıxır

Xəstəliyin ən təhlükəli xüsusiyyəti simptomların 15-30 il sonra ortaya çıxmasıdır. Yoluxmuş şəxslər uzun müddət əlamət hiss etmədikləri üçün müalicə olunmur və bu da ürəyin genişlənməsi və çatışmazlıqla nəticələnən xroniki Çaqas miokarditinə səbəb olur.

Çaqas yalnız böcəklərlə deyil, qan köçürməsi, orqan transplantasiyası, hamiləlik dövründə ana bətninə keçmə və laboratoriya qəzası yolu ilə də yayılır.

CONICET alimləri bildirirlər ki, hazırlanmış vaksin vinçuka böcəklərinin geniş yayıldığı ərazilərdə tətbiq üçün nəzərdə tutulub. Bu inkişaf, xəstəliyə qarşı mübarizədə mühüm dönüş nöqtəsi hesab olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az