Tibbi xəbərlər
Milli Referens Laboratoriyası ABŞ-da keçirilən laboratoriyalararası səriştəlilik sınağında
Tibbi xəbərlər
191

Milli Referens Laboratoriyası ABŞ-da keçirilən laboratoriyalararası səriştəlilik sınağında yüksək nəticələr əldə edib

Qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən E-saglam.az-a verilən məlumata görə, həyata keçirilən tədbirlər çərçivəsində AQTİ-nin Milli Referens Laboratoriyası (MRL) Amerika Birləşmiş Ştatlarının (ABŞ) “OTSC-Texas A&M AgriLife Research” şirkəti tərəfindən təşkil olunan növbəti səriştəlilik sınağına qatılıb. Laboratoriya qarğıdalı nümunəsində “Aflatoksin B1” və “Ümumi Aflatoksin” (B1, B2, G1, G2) parametrlərinin təyini üzrə uğurlu nəticələr əldə edib.

Qeyd edək ki, MRL-də qida məhsullarının keyfiyyət və təhlükəsizlik parametrlərinə uyğun mikrobioloji, fiziki-kimyəvi və cihaz müayinələri aparılır. Laboratoriya indiyədək ABŞ, Böyük Britaniya, Fransa və Polşada 50-dən çox göstərici üzrə təşkil olunan beynəlxalq səriştəlilik sınaqlarında iştirak edərək böyük müvəffəqiyyət qazanıb. MRL AZS ISO/IEC 17025:2020 “Sınaq və kalibrlənmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər" standartına əsasən Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən milli, Almaniya Federativ Respublikasının nüfuzlu akkreditasiya qurumu olan Deutsche Akkreditierungsstelle GmbH “DAkkS” tərəfindən isə beynəlxalq akkreditasiyadan keçirilib.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun