Tibbi xəbərlər
Meymunçiçəyi virusu yayılır:
Tibbi xəbərlər
139

Meymunçiçəyi virusu yayılır: Azərbaycanda vəziyyət necədir? - VİDEO

Meymunçiçəyi virusu yeni ştamı ilə yenidən gündəmə gəlib.

E-saglam.az xəbər verir ki, sentyabrdan bu günə qədər 3 mindən çox insana yoluxan virusun yeni ştamı bu dəfə ABŞ-də qeydə alınıb.

İnfeksionist Aytən Ziyadova “Xəzər Xəbər”ə açıqlamasında bildirib ki, virusun tərkibi COVID-dən fərqli olduğundan geniş kütləyə yoluxma halı gözlənilən deyil. Eyni səbəbdən virusun mutasiyası da müşahidə edilmir.  

Aytən Ziyadova qeyd edib ki, hazırda bu virusa ölkəmizdə rast gəlinməsə də, bütün ilkin tədbirlər görülüb və vəziyyət mütəxəssislər tərəfindən diqqətdə saxlanılır. Bununla yanaşı, meymunçiçəyi istisna hallarda öldürücü xarakter daşıya bilir. 

İnfeksionistin sözlərinə görə, meymunçiçəyi virusu koronavirus kimi gizli yayılmır. Birbaşa təmas yolu ilə yoluxur və irinli səpkilərlə müşahidə olunur. Yoluxan şəxsdə yüksək hərarət və əzələ ağrısı şüşahidə edilir.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun