Tibbi xəbərlər
Meymunçiçəyi daha təhlükəli oldu:
Tibbi xəbərlər
179

Meymunçiçəyi daha təhlükəli oldu: Hava-damcı yolu ilə də yayıla bilər

Kiçik mutasiyalar meymunçiçəyi virusunun hava-damcı yolu ilə ötürülməsinə səbəb ola bilər.

E-saglam.az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə Rusiya Səhiyyə Nazirliyinin N.F.Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat İnstitutunun direktoru Aleksandr Qinzburq xəbərdarlıq edib.

Alim vurğulayıb ki, meymunçiçəyi öz genomuna, DNT ardıcıllığına görə təbii qaraçiçək xəstəliyinə çox bənzəyir. Buna görə də virusun intensiv mutasiya dəyişiklikləri onun virulentliyini (xəstəliktörətmə qabiliyyətini) artıra bilər. Beləliklə o, kontakt yolu ilə deyil, hava-damcı yolu ilə də yayılmağa başlaya bilər.

Qinzburq qeyd edib ki, bu hal üçün Mərkəzdə meymunçiçəyinin bütün variantlarından, həmçinin qaraçiçək xəstəliyindən qorumalı olan yeni peyvənd hazırlanır. (Oxu.az)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun