Tibbi xəbərlər
Metroya daxil olan bəzi şəxslər koronavirusa görə yoxlanılır
Tibbi xəbərlər
120

Metroya daxil olan bəzi şəxslər koronavirusa görə yoxlanılır

“Bakıda metro stansiyalarına daxil olan vətəndaşlardan COVID pasportu, yaxud hər hansı digər sənəd tələb olunmur. Ancaq aktiv koronavirus xəstəsi olması ilə bağlı şübhə doğuran şəxslər yoxlanılır”.

E-saglam.az xəbər verir ki, bunu “Report”un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, yoxlama nəticəsində bəzi vətəndaşlar metroya buraxılmır. “Aktiv koronavirus xəstəsi olduğu şübhəsi doğuran şəxslərin hərarəti ölçülür və yalnız sağlamlığında COVID-lə bağlı risk olan vətəndaşlar metropolitenə buraxılmır. Digər hallarda metropoliten stansiyalarına giriş tamamilə sərbəstdir”.

Qeyd edək ki, bu gündən etibarən Bakıda metropolitenə daxil olan bəzi vətəndaşların yoxlanılmasına başlanılıb. Polis vətəndaşlardan COVID pasportunun olub-olmadığını soruşur.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun