Qidalanma
Mətbəxdəki bu əşyadan imtina edin – ZƏHƏRLİDİR
Qidalanma

Mətbəxdəki bu əşyadan imtina edin – ZƏHƏRLİDİR

Mətbəxdə bir sıra yemək və qidaların hazırlanmasında istifadə olunan əşyalardan biri də alüminium falqadır. Lakin təəssüf ki, onun zərərləri haqında çox vaxt xəbərsiz oluruq.

E-saglam.az bildirir ki, həkim-diyetoloq Ləman Süleymanova AZƏRTAC-a sağlamliq baxımından mətbəxdə alüminium falqadan istifadənin tövsiyə olunmadığını deyib: “Lakin bəzi hallarda hazırlanan qidadan az miqdarda istifadə olunacaqsa və turşuluq dərəcəsi azdırsa, qısa müddət ərzində ondan saxlanılma üçün istifadə etmək olar. Ət, balıq və s. kimi qidalar yüksək temperaturda bişiriləcəksə, yaxud həmin qidaların üzərinə limon sıxılaraq bişiriləcəksə, alüminium falqanın daha zərərli təsiri ola bilər, çünki alüminiumun tərkibindəki toksik maddələr birbaşa qida ilə reaksiyaya girməyə səbəb olduğundan onlar daha sonra orqanizmə keçir”.

Onun dediyinə görə, uzun müddət falqadan istifadə olunması da müalicəsiz xəstəliklərə səbəb ola bilir: “Mərkəzi beyin sisteminin pozulması, Alsheymer və ən təhlükəlisi, ağciyərin sərtləşməsi xəstəliklərinə aparıb çıxarır. Daha yaxşı olar ki, alüminium falqanın əvəzinə yağlı kağızlardan istifadə olunsun”.

Mütəxəssislər isə mətbəxdə alüminium tərkibli qazan və qablardan uzaq olmağı tövsiyə edirlər. Ona görə də ağız dadını sağlamlığa qurban vermədən zərərli əşyalardan istifadə etməmək məsləhətdir.

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun