Tibbi xəbərlər
Məşhur türk həkim koronavirusa qarşı yeni Peyvənd Hazırlayır
Tibbi xəbərlər

Məşhur türk həkim koronavirusa qarşı yeni Peyvənd Hazırlayır

Koronavirusa qarşı daha uzun müddət təsirini saxlayan peyvəndin hazırlanmasına başlanılıb.

E-saglam.az xəbər verir ki, bunu "BioNTech"in Baş direktoru Uğur Şahin bildirib.

Onun sözlərinə görə, təsdiqlənmə mərhələsində olan COVID-19 peyvəndinin bu yeni versiyası normal soyuducularda 2-8 dərəcə arasında saxlanıla bilər və istifadə müddəti 6 ay olacaq: "İlk (peyvənd) formulumuz -80 dərəcədə saxlanılmağa və daşınmağa məcbur idik. Bu müddətdə hələ təsdiqlənməmiş yeni bir formul üzərində işləməyə başladıq. Bu yeni versiya peyvənd 2-8 dərəcə arasında saxlanılacaq. Çox güman ki, bu temperaturda saxlandıqda 6 aylıq saxlama müddətinə çatacağıq”.

U.Şahin deyib ki, peyvənd "Pfizer" firması ilə birlikdə hazırlanır. (Report)

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun