E-saglam.az xəbər verir ki, appendiks xərçəngi nadirdir, ABŞ-da hər il mindən az xəstə diaqnoz qoyulur. Bu rəqəm milyonda bir ilə üç nəfər arasındadır. Lakin araşdırmalar göstərir ki, son iyirmi ildə 50 yaşdan aşağı insanlar arasında insident 200 faizdən çox artaraq bu xəstəlik daha çox yayılır.
Nadir olması ilə yanaşı, appendiks xərçənginin diaqnozunun çətin olmasının əsas səbəbi onun simptomlarını yüngül xəstəliklərlə qarışdıraraq asanlıqla gözdən qaçırılmasıdır.
Bu, xəstəliyin müalicəsinin daha çətin olduğu gec mərhələlərdə diaqnoz qoyulma riskini artırır. Appendiks xərçənginin ümumi simptomlarına aşağıdakılar daxildir:
1. Appendisit
Apendiksin iltihabı qarının aşağı sağ hissəsində şiddətli ağrılara səbəb olur. Müalicə olunmazsa, appendiks partlaya və xərçəng yayıla bilər.
2. Qarında maye yığılması
Xərçəngin yayılması qarın boşluğunda maye toplanmasına (assit) səbəb olur və bu da qarının şişməsi ilə nəticələnir.
3. Şişkinlik
Qaz toplanması qarında dolğunluq hissi yaradır. Bu simptom digər xəstəliklərlə qarışdırıla bilər, buna görə də diqqət yetirmək vacibdir.
4. Bağırsaq dəyişiklikləri
Xərçəng bağırsaqlarda tıxanma yaradaraq qəbizlik, ishal və nəcisin tutarlılığında dəyişikliklərə səbəb ola bilər.
5. Sonsuzluq
Xərçəng hormon istehsalını pozaraq reproduktiv orqanlara təsir edə və sonsuzluğa səbəb ola bilər.
6. Qarın ağrısı
Sinə və qasıq arasında, xüsusilə mədə nahiyəsində ağrılar yarana bilər. Bu simptom qəbizlik və həzm problemləri ilə səhv salına bilər.
Tərcümə: Könül Oruc