Tibbi xəbərlər
Mərkəzi Neftçilər Xəstəxanasında bir sıra avadanlıqların yoxlanılması və attestasiyası
Tibbi xəbərlər
344

Mərkəzi Neftçilər Xəstəxanasında bir sıra avadanlıqların yoxlanılması və attestasiyası həyata keçirilib

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun mütəxəssisləri tərəfindən Mərkəzi Neftçilər Xəstəxanasında ultrasəs müayinə cihazları (USM), süni tənəffüs aparatları, perfuzorlar, infuzomatlar, tanometrlər, defibrliyator, kardiomonitorlar, aspiratorlar və tibbi soyuducuların yoxlanılması həyata keçirilib.

E-saglam.az xəbər verir ki, yoxlanılma prosesi zamanı müasir avadanlıqlar olan “Endoschopic phantom” (Model 570) etalon kalibratoru və “Citrex H4” Ventilyator Test Cihazından istifadə edilib.

Bundan əlavə, etalon rəqəmsal termometr (test 735), K tipli termocüt vasitəsilə tənəffüs və ya digər problemlə doğulan uşaqların qoyulduğu küvəz cihazının attestasiyası həyata keçirilib.

Qeyd edək ki, ölçmə vasitələrinin yoxlanılması və attestasiyası onların düzgün işləyib-işləmədiyini yoxlamaq, nəticələrin etibarlı və dəqiq olmasını təmin etmək, potensial xətanın qarşısını almaq məqsədilə icra olunur.

Mərkəzi Neftçilər Xəstəxanasında bir sıra avadanlıqların yoxlanılması və attestasiyası həyata keçirilib

Mərkəzi Neftçilər Xəstəxanasında bir sıra avadanlıqların yoxlanılması və attestasiyası həyata keçirilib

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun