Xəstəliklər
Menopauzaya girmiş qadınlarda sümük sinma riski – YÜKSƏKDİR
Xəstəliklər

Menopauzaya girmiş qadınlarda sümük sinma riski – YÜKSƏKDİR

Qadınlarda osteoporoza (sümük əriməsi) rastlanma riski menopauza dövründə daha da artır.

E-saglam.az bildirir ki, bu barədə endokrinoloq həkim Fərhad Burzu bildirib. Onun sözlərinə görə, bu yaşda olan qadınlar bəzən sümükləri sınana qədər osteoporozun əlamətlərini hiss etmirlər. Bu isə ciddi risk faktoru yaradır. Belə ki, diqqət yetirilmədikdə sonrakı illərdə daha böyük sümük zədələnməsi ilə qarşı qarşıya qalmaq təhlükəsi yaranır.

“Menopauzaya girmiş bir qadının bud sümüyü sınığının sağalma dövrünün çox uzun çəkdiyi unutulmamalıdır. Qadın hormonu olan estrogenin menopauza ilə bərabər azalması osteoporozun əmələ gəlməsini sürətləndirir. Çünki estrogen hormonu sümüklərin yenilənməsində və möhkəmliyinin artmasında mühüm rol oynayır. 50 yaşında hər 3 qadından birində osteoporoz səbəbi ilə sümük sınmasına rast gəlinir”.

F.Burzu bu səbəbdən menopauzaya girmiş qadınların, osteoporoz olub olmadığını müəyyənləşdirmək üçün endokrinoloqa müraciət etməsini vacib sayır./tibb.fed.az/

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun