Tibbi xəbərlər
Məktəblərdə koronavirusla bağlı son vəziyyət
Tibbi xəbərlər

Məktəblərdə koronavirusla bağlı son vəziyyət

Ötən gün ərzində Sumqayıt şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində koronavirusa (COVID-19) yoluxmuş bir şagird və bir heyət üzvü aşkar edilib.

E-saglam.az xəbər verir ki, Təhsil Nazirliyinin məlumatına görə, həmin şəxsin heç biri məktəbdə olmayıb:

“İki şagirdin isə hərarəti yüksək olub. Eyni zamanda, Gəncə şəhərində ötən gün 1 şagirdin yüksək hərarəti olub, COVID-19 virusuna yoluxma halı baş verməyib”.

Qurumdan qeyd edilib ki, Şəki şəhəri və Abşeron rayonunda ötən gün ərzində yüksək hərarəti olan şagird və ya heyət aşkarlanmayıb:

“COVID-19 virusuna yoluxma halı olmayıb. Qeyd edək ki, hərarəti yüksək olan şəxslər təhsil müəssisəsinə buraxılmayıb və barələrində yerli poliklinikalara məlumat verilib”.

Qeyd edək ki, ötən gün Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ərazisində yerləşən ümumi və məktəbdənkənar təhsil müəssisələrində əyani tədris qismən bərpa edilib.

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun