Tibbi xəbərlər
Məhkəmə TƏBİB-in əleyhinə qərar – VERDİ
Tibbi xəbərlər

Məhkəmə TƏBİB-in əleyhinə qərar – VERDİ

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin şöbə rəisi vəzifəsindən azad edilən Aysel Erdoğanın TƏBİB-ə qarşı məhkəmə iddiası təmin edilib.

E-saglam.az “Qafqazinfo”-ya istinadla xəbər verir ki, aprelin 14-də Mərkəzin əmri ilə Erdoğan Aysel Rami qızı ilə bağlanan müqaviləyə xitam verilib və o, Talassemiyanın profilaktikası şöbəsinin müdiri vəzifəsindən azad olunub.

A.Erdoğan bununla bağlı Nəsimi rayon məhkəməsinə müraciət edərək əmrin ləğv edilməsini və işə bərpa olunmasını tələb edib.

Hakim Rəşid Səmədovun çıxardığı qətnamə ilə şöbə rəisinin iddiası təmin edilib. Qərara görə, A.Erdoğan köhnə vəzifəsinə bərabər tutulan Talassemiyanın profilaktikası bölməsinin rəhbəri vəzifəsinə bərpa edilib.

Ona aprelin 14-dən bəri məcburi işburaxma müddəti üçün də TƏBİB tərəfindən əmək haqqı ödəniləcək.

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun