Faydalı
Mədə yanmasını
Faydalı
433

Mədə yanmasını dərhal aradan qaldıran məhsul

Hər kəs zaman zaman ürək yanması ilə qarşılaşır, lakin hər kəs bununla tez bir zamanda mübarizə apara bilmir.

E-saglam.az xəbər verir ki, qastroenteroloq Joseph Salhab vəziyyəti dərhal yüngülləşdirə biləcək bir məhsul adlandırdı.

Mədə yanması həzm olunmamış qida və mədə turşusu boğaza qalxdıqda baş verir. Bu, ağrı və yanma hissi ilə nəticələnir.

Cozef Salhab özü turşu reflüsindən əziyyət çəkir və tez-tez mədə yanması keçirir. Bir şiddətli hücum zamanı o, bir neçə fərqli reseptsiz dərman qəbul etdi, lakin narahatlıq davam etdi. Sonra yeməyin köməyi ilə xoşagəlməz simptomdan xilas olmağa çalışmaq qərarına gəldi.

Bir banan götürdüm, yedim və 30 saniyə ərzində mədə yanğılarım tamamilə yox oldu və bir daha qayıtmadı.

Mütəxəssis izah etdi ki, qəhvə, pomidor, spirt kimi yüksək turşuluqlu qidalar, həmçinin ədviyyatlı və ya yağlı qidalar mədə turşuluğunu artıra bilər, mədə yanması və turşu reflüksünü pisləşdirə bilər. Bu arada, bananlarda az turşu və yüksək qələvi var ki, bu da özofagus mukozasının qıcıqlanmasını sakitləşdirir. Badam, brokoli və kələm də kömək edə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun