Dərmanların nəzarətsiz istifadəsi müxtəlif xəstəliklərə səbəb ola bilər.
E-saglam.az xəbər verir ki, endokrinoloq Mariya Kaloşina news.ru nəşri ilə söhbətində xəstəliklərin bəzi bilinməyən səbəbini açıqlayıb.
“Tabletlər, kapsullar, ekstraktlar heç də zərərsiz deyil. Dərmanların nəzarətsiz istifadəsi mədə və onikibarmaq bağırsağın kəskin xora və eroziyasına, qida borusunun iltihabına, bağırsaq disbakteriozuna, öd kisəsində daşların əmələ gəlməsinə və daha çox şeyə səbəb ola bilər”, - deyə həkim xəbərdarlıq edib.
Həkim onu da vurğulayıb ki, tibbi məlumatların onlayn olması insanların həkimlərin tövsiyəsi olmadan özlərini müalicə etməyə başlamasına səbəb ola bilər. Buna görə də etibarlı tibbi mənbələrə istinad etmək lazımdır.
Tərcümə: Könül Oruc