Faydalı
Mədə xəstəliklərinə faydalı bitki çayları
Faydalı

Mədə xəstəliklərinə faydalı bitki çayları

Qastritin əmələ gəlməsinə müxtəlif bakteriyalar və mikroblar səbəb olur. Vaxtlı-vaxtsız qidalanma rejimi, çox soyuq və çox qaynar, kəskin və ayaqüstü qidalar da qastritin əmələ gəlməsində mühüm rol oynayır.

Qastrit qarında köp, ürəkbulanma, qıcqırma, həzm sistemində pozğunluqların olması ilə özünü biruzə verir.

Aşağıdakı bitki çayları sadalanan əlamətlərin aradan qalxmasına və qastritin sağalmasına yardım edən bitki çaylarıdır.

Çobanyastığı çayı.

Qastritin təbii vasitələrlə müalicəsində çobanyastığını dəmləməsinin faydası böyükdür. Çobanyastığı ilıtihab əleyhinə, ağrı kəsici və antibakterial təsirə malikdir. Çobanyastığı mədə-bağırsaqlardakı köpü aradan qaldırır, həzmi normallaşdırır və bağırsaqlara rahatladıcı təsir göstərir.

Biyan kökü dəmləməsi.

Biyan kökü dəmləməsi qastrit əlamətlərini azaltmaqla yanaşı, onun sağalmasını sürətləndirir. Amma biyan kökü dəmləməsini içməmişdən əvvəl mütləq həkimlə məsləhətləşmək lazımdır. Çünki onun tərkibində olan glisirizin maddəsinin yanaşı təsirləri ola bilər.

Sarıkök.

İltihab əleyhinə təsir göstərməklə qastritin əlamətlərini azaldır. Sarıkök orqanizmdə olan iltihab enzimlərinin fəaliyyətini zəiflədir. 2001-ci ildə Tailandda keçirilən araşdırmalarda sarıkökün 1-2 həftə ərzində qastrit əlamətlərinin azaltdığı sübut olunmuşdur.

Kimyon.

Kimyon dəmləməsi həzmi yaxşılaşdırır, mədə-bağırsaqlardakı köpü aradan qaldırır, mədə turşuluğunu azaltmaqla qıcqırma əlamətlərini aradan qaldırır.

Zəncəfil.

Zəncəfil mədə-bağırsaq sistemində əmələ gələn əksər problemlərin həllində ən yaxın köməkçi hesab edilir.

Mütəxəssislər bitki çayları ilə müalicəyə başlamazdan əvvəl mütləq həkimlə məsləhətləşməyinizi tövsiyə edir./milli.az/

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun