Mədə xərçənginin ən əhəmiyyətli səbəblərindən birinin Helikobakter piloridir və bu, insanın mədəsində səssizcə, fərq edilmədən yaşayır.
E-saglam.az xəbər verir ki, Qastroenterologiya mütəxəssisi Prof. Dr. Meltem Ergün qeyd edib ki, helikobakter pilori mədə xərçənginin əsas səbəblərindən biridir. İnkişaf etməkdə olan ölkələrdə bu bakteriya əhalinin 70-80%-də, inkişaf etmiş ölkələrdə isə 10-30%-də müşahidə olunur. Bu fərq mədə xərçəngi riskinin coğrafi bölgələr üzrə dəyişməsinə səbəb olur.
Prof. Ergün vurğulayıb ki, mədə xərçəngi, xüsusən, gec diaqnoz qoyulduqda daha təhlükəli olur. Ən mühüm simptomlardan biri qeyri-iradi kilo itkisi, iştahsızlıq və səbəbi bilinməyən anemiyadır. Ani yaranan mədə ağrıları, yanma və ya şişkinlik də erkən əlamətlər ola bilər.
Mütəxəssis qidalanma vərdişlərinin və zərərli davranışların (siqaret çəkmək, isti çay içmək) mədə xərçəngi riskini artırdığını bildirib. Xüsusilə ətlə zəngin pəhrizlər daha yüksək risk yaradır. Erkən diaqnoz və sağlam qidalanma ilə bu xəstəliyin qarşısını almaq mümkündür.
Könül Oruc