Bəzi insanlar illər boyu "mədə qoruyucu" adlandırılan dərmanı içirlər.
Bu sözləri E-saglam.az-a açıqlamasında fitoterapevt həkim Fizuli Hüseynov deyib.
Onun sözlərinə görə, gündəlik dörd-beş ədəd dərman içən xəstələr bununla yanaşı, "mədə qoruyucusu" içir ki, mədəsi zədələnməsin, digər dərmanları da rahat içə bilsin. Gör insan özü-özünü hansı vəziyyətə çatdırır.
Həkim bildirib ki, bu dərmanı hətta illərlə içən insanlar var: "Həmin dərmanların içlik kağızında yazılır ki, 14 gündən artıq içəndə mədə mühitini dəyişir, həmin mədə mühiti özünə onkoloji xəstəlikləri çağırır. Dərmanı alıb qəbul edən bəzi şəxslər buna fikir vermirlər".
F.Hüseynov deyib ki, bununla yanaşı, həmin xəstələr bu dərmanlar olmadan bir gün belə yaşaya bilmirlər: "Sonra bizə müraciət edirlər, çətinliklə də olsa bitkilərlə filan müalicə etməyə çalışırıq. Amma buna da müəyyən zaman lazım olur".
Könül Oruc