Tibbi xəbərlər
Mədə ağrısı ilə getdiyi xəstəxanada həqiqəti öyrənəndə şok oldu
Tibbi xəbərlər
2787

Mədə ağrısı ilə getdiyi xəstəxanada həqiqəti öyrənəndə şok oldu - Damarı yırtılıbmış

Türkiyənin Kırklarelidə şəhərində mədə ağrısı ilə xəstəxanaya müraciət edən xəstənin aorta damarının yırtıldığı məlum olub.

E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, Kırklarelinin Lüleburgaz rayonunda yaşayan 69 yaşlı Aydın Meşəli mədə ağrısı şikayəti ilə Lüleburgaz Dövlət Xəstəxanasına müraciət edib. İlk müdaxilədən sonra Meşəli Kırklareli Təhsil və Araşdırma Xəstəxanasına köçürülüb.

Müayinələr nəticəsində xəstənin aortasının yırtıldığı müəyyən edilib. O, angioqrafiya üsulu ilə əməliyyat olunub.

Xəstə əməliyyatdan sonra sağlamlığına qovuşub.

Tərcümə etdi: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun